Məxfilik siyasəti
Son yenilənmə: 21.10.2026
1. ÜMUMİ MƏLUMAT
OZUM istifadəçilərə rəqəmsal əlaqə məlumatlarını idarə etmək və NFC texnologiyası vasitəsilə paylaşmaq imkanı verən mobil tətbiqdir.
Bu Məxfilik siyasəti OZUM tətbiqindən istifadə zamanı məlumatların necə işlənildiyini izah edir.
2. İŞLƏNİLƏN MƏLUMATLAR
Tətbiqdə istifadəçinin daxil etdiyi aşağıdakı məlumatlar işlənilə bilər:
• Ad və soyad
• Profil şəkli
• Telefon nömrəsi
• Elektron poçt ünvanı
• Şirkət və vəzifə məlumatları
• Şirkətin veb saytı
• Sosial şəbəkə profillərinə keçidlər
İstifadəçi bu məlumatların hansı hissəsini tətbiqə əlavə edəcəyini özü müəyyən edir.
3. MƏLUMATLARIN SAXLANMASI
OZUM-un cari profil funksionallığında məlumatlar cihazın lokal yaddaşında saxlanılır.
Profil məlumatlarının saxlanılması üçün tətbiqdə AsyncStorage texnologiyasından istifadə edilir.
AsyncStorage şifrələnmiş məxfi məlumat anbarı deyil. Buna görə tətbiqdə parol və digər həssas məlumatların saxlanılması nəzərdə tutulmur.
4. NFC İLƏ PAYLAŞIM
OZUM istifadəçinin seçdiyi əlaqə məlumatlarını NFC vasitəsilə digər uyğun cihazlarla paylaşmaq üçün nəzərdə tutulub.
İstifadəçi məlumat paylaşımını başladarkən seçilmiş məlumat qarşı tərəfin cihazı tərəfindən oxuna bilər.
Paylaşılan məlumat qarşı tərəfin cihazında açıldıqdan və ya saxlanıldıqdan sonra onun sonrakı istifadəsi OZUM-un nəzarətindən kənarda ola bilər.
5. RƏY VƏ XƏTA BİLDİRİŞLƏRİ
İstifadəçi tətbiqin feedback bölməsindən təklif, rəy və ya xəta bildirişi göndərə bilər.
Bu zaman aşağıdakı məlumatlar OZUM-un feedback serverinə ötürülə bilər:
• Seçilmiş müraciət növü
• Yazılmış mesaj
• İstifadəçinin əlavə etdiyi şəkil
Bu məlumatlar müraciətlərin araşdırılması və tətbiqin təkmilləşdirilməsi məqsədilə istifadə olunur.
6. ŞƏKİLLƏRƏ GİRİŞ
İstifadəçi profil şəkli və ya feedback əlavəsi seçmək üçün cihazın qalereyasından istifadə edə bilər.
Tətbiqə şəkil əlavə edilməsi istifadəçinin seçimi əsasında həyata keçirilir.
Feedback üçün seçilmiş şəkil müraciətlə birlikdə serverə göndərilə bilər.
7. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ
OZUM sosial şəbəkələrə və xarici veb saytlara keçidlər təqdim edə bilər.
Bu xidmətlərə daxil olduqda onların ayrıca məxfilik qaydaları tətbiq oluna bilər.
8. MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ
OZUM məlumatların qorunması üçün uyğun texniki və təşkilati tədbirlərin tətbiqini hədəfləyir.
Bununla belə, heç bir elektron saxlama və ötürmə üsulu tam risksiz hesab edilə bilməz.
9. İSTİFADƏÇİNİN HÜQUQLARI
İstifadəçi tətbiq daxilində profil məlumatlarını dəyişdirə və idarə edə bilər.
Şəxsi məlumatların emalı ilə bağlı əlavə hüquqlar tətbiq olunan qanunvericiliyə uyğun həyata keçirilir.
10. SİYASƏTİN YENİLƏNMƏSİ
OZUM yeni funksiyalar, təhlükəsizlik dəyişiklikləri və hüquqi tələblərlə əlaqədar bu siyasəti yeniləyə bilər.
Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilərə uyğun qaydada məlumat veriləcək.
11. ƏLAQƏ
Məxfiliklə bağlı müraciətlər üçün əlaqə məlumatları tətbiqin rəsmi məxfilik səhifəsində göstəriləcək.
Developer: Orkhan Asgarli
Website: https://orkhanasgarli.vercel.app